!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yəhudilər Türkiyədən qisas almağa BAŞLADI - FOTO

!Reklam – Yazi

İsraillilər türk mallarını boykot etməyə başlayıb.

Yenicag.az xəbər verir ki, yəhudilər kütləvi şəkildə sosial şəbəkələrdə türk mallarını boykot etməyə çağırış edirlər. Onlar bununla Ərdoğanın HƏMAS-ın “azadlıq təşkilatı” olması ilə bağlı çıxışına, fələstinlilərin tərəfinə hərbi müdaxiləyə çağırışlarına, həmçinin Ankaranın enerji sektorunda əməkdaşlığa son qoyması və İsrailə planlaşdırılan səfərlərin ləğvi ilə bağlı bəyanatlarına reaksiya verirlər.

İlk növbədə Türkiyədən gətirilən kənd təsərrüfatı məhsullarını – pomidoru boykot etmək tövsiyə olunur. Sosial şəbəkələrdə yayılan şəkillərdə yerli məhsulları türk məhsullarından necə ayırd etmək izah olunur.

Xuraman Etibarlı

www.yenicag.az

298
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv