!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yekun sülh müqaviləsinin imzalanma şəraiti: "Ukrayna ordusunun Rusiyaya qalib gəlməsi mümkün deyil" - Zərdüşt Əlizadə

!Reklam – Yazi

“Rusiya-Ukrayna müharibəsi dayanandan 15-20 il sonra, bəlkə, tərəflər arasında yeni bir müharibə ola bilər”.

Bu sözləri Ukrayna-Rusiya müharibəsində gəlinən son nöqtə və savaşın hansı formada nəticələnə biləcəyini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Zərdüşt Əlizadə bildirib ki, Rusiyanın məqsədi Luqansk və Donetsk vilayətlərinin inzibati ərazisini ələ keçirib və dayanmaqdır:

“Vəziyyəti təhlil edən şəxslər deyirlər ki, Rusiya Luqansk və Donetskin inzibati ərazisini ələ keçirib, quru yolu ilə Krıma birləşdirib rus xalqına qələbə əldə etdiklərini demək istəyir. Bundan sonra müharibəni dayandırıb atəşkəs imzalayırlar. Ukrayna bunu imzalamağa məcburdur. Çünki Rusiyaya qalib gəlmək Ukrayna ordusunun gücündə deyil. Öz torpaqlarını müdafiə edə bilərlər, müdafiə döyüşləri həyata keçirə bilərlər. Ancaq Ukrayna ordusunun Rusiya ordusuna qalib gəlməsi mümkün deyil.

Ukrayna güclənsə, Rusiyanı da sanksiyalar zəiflətsə, ya dinc yolla, ya da müharibə yolu ilə Ukrayna öz ərazilərini geri qaytara bilər. Biz öz torpaqlarımızı 27 il sonra qaytara bildik. Ukrayna bunu bacaracaq, bacarmayacaq bilmirəm, ancaq düşünürəm ki, proseslər bu yöndə gedəcək”.

Səxavət Məmməd

www.yenicag.az

959
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv