!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeltsin niyə Nemtsovu yox, Putini seçdi? – Eks-prezidentin köməkçisindən CAVAB

!Reklam – Yazi

“1998-ci ildə baş verən defolt Yeltsin üçün fantastik şok oldu”.

Yenicag.az xəbər verir ki, Rusiyanın ilk prezidenti Boris Yeltsinin köməkçisi olmuş Georgi Satarov “Exo Moskvı” radiosuna müsahibəsində eks-prezidentin varis seçiminə aydınlıq gətirib.

Onun sözlərinə görə, Yeltsinin 1999-cu ildə Boris Nemtsovu deyil, Vladimir Putini varis seçməsinin ciddi səbəbi olub:

“Bu seçim üçün Yeltsinin üç səbəbi vardı. Birinci səbəb Yeltsinin 1998-ci ildə baş verən defoltdan sonra varisin kimliyinə münasibətinin dəyişməsidir. Həmin il baş verən defolt Yeltsin üçün fantastik şok oldu və o, gənc islahatçı tipajını nailiyyətlərin mühafizi ilə əvəzlədi.

İkinci səbəb bu idi ki, Putinin Çeçenistan müharibəsinə yanaşması Yeltsinin mövqeyinə uyğun gəlirdi.

Üçüncü və həlledici səbəb isə cəmiyyətin inqilablardan hədsiz dərəcədə yorulması idi. Ciddi populyarlığa malik Putin lazımi anda Yeltsinin yanında oldu”.

www.yenicag.az

405
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv