Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

“Yenə də şükür o yaşlı deputatlara…” – Sərdar Cəlaloğlu

Reklam: Sinerji Pro

“Pensiyaya göndərilənlərin böyük əksəriyyəti məhkəmə məsuliyyətinə cəlb edilməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər yaşa görə vəzifələrindən azad edilən və istefa verən məmurlarla bağlı danışan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Sədar Cəlaloğlu bildirib ki, elə gənc məmurlar var ki, onlar yaşlılardan daha faydasızdırlar:

“Yaş işin keyfiyyətini müəyyən etmir. Son vaxtlar belə bir məsələni ortaya atıblar ki, guya qocalar gedəcək, gənclər gələcək, bununla da hər şey düzələcək. Bu, imkansız bir şeydir. Ailədə biz həmişə ağsaqqala hörmət edirik, onu dinləyirik. Nədənsə, siyasi idarəetməyə gələndə, ağsaqqallıq mənfi bir keyfiyyət kimi götürülür. Məmurlara yaşına görə yox, başına görə qiymət vermək lazımdır.

Henri Kissincerin 100-ə yaxın yaşı var. ABŞ indi də öz xarici siyasətini Kissincerin məsləhətləri ilə həyata keçirir. Eləcə də Çinin islahat nəticəsində indiki səviyyəyə yüksəlməsinin müəllifi 85 yaşlı Den Syaopindir. İnsanların yaşının onların idarəetməsinə heç bir aidiyyatı yoxdur.

Əli Həsənova, Hacıbala Abutalıbova və başqalarına gəldikdə isə onlar sadəcə, işdən çıxarılmamalıdırlar, onların işi birbaşa prokurorluğa verilməlidir. Hacıbala Abutalıbovun Bakı Şşəhər icra hakimiyyətinin başçısı olan zaman törətdiyi əməllər, Əli Həsənovun “Qaçqınkom”un sədri olduğu vaxt yol verdiyi korrpusiya faktları araşdırılmalıdır. Onların hansı biri dövlətə, vətənə canla-başla xidmət ediblər? Bu şəxslər məhkəmə məsuliyyətinə cəlb edilməlidir.

Parlamentdə gənc deputatlar var. Onlar nə iş görürlətr ki? Yenə də şükür o yaşlı deputatlara. O yaşlılar olmasa, onlar millətə, dövlətə xəyanət edərlər. Ona görə də, bu məsələni cəmiyyətə yeniliklər olacaqmış kimi təlqin etməyin əleyhinəyəm.

Kadr islahatı o zaman olar ki, idaretmədə dəyişiklik baş versin. Boş, əlavə vəzifələr ləğv edilməlidir. ABŞ-da vəmi 5 nazir postu var. Azərbaycan Nyu-Yorkun bir küçəsi boydadır, amma az qala 50 nazir, komitə sədri var”.

AMEA-nın prezidenti Akif Əlizadənin istefası barədə isə Sərdar Cəlaloğlu bunları deyib:

“Vaxtıilə AMEA-nın prezidentləri dünya səviyəsində tanınmış alimlər idi. Akif Əlizadə isə heç öz sahəsində belə Azərbaycanda tanınmış alim deyil. AMEA-da hər şey qohumbazlıq, yerlibazlıq prinsipi ilə aparılır. Elə akademiklərimiz var ki, onların 12 dəftər səhifəsi həcmində belə elmi işi yoxdur.

Akif Əlizadənin dönəmində Azərbaycan elmi iflasa uğrayıb. Akademiklərin siyahısına baxırsan, vaxtılilə Sovet dövründə elmlər namizədi ola bilməyənlər indi gəlib akademik olublar.

Bu yaxınlarda elmi işimlə əlaqədar bir alimdən rəy almaq istəyirdim. Professor mənə dedi ki, tapşırıblar, hansısa elmi işə rəy yazmaq üçün mütləq rektordan icazə almalıyam. Alim niyə görə rektordan icazə almalıdır? Axı o alim kimi müstəqildir. Vəzifəsinə görə rektodan asılı ola bilər, bəs elmə görə niyə rektordan icazə almalıdır?

Azərbaycanda elm deyilən bir şey yoxdur. AMEA-da ciddi islahatlar aparılmalıdır. Orada tam demokratik seçkilər olmalıdır. Qohumbazlıqla, yerlibazlıqla elm inkişaf edə bilməz. Azərbaycan elmi ölüb, onu götürən lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

6461
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM