!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yeni Çağ” əməkdaşının hekayəsi qazax türkcəsində dərc olundu

!Reklam – Yazi

Ədəbiyyatçı və tənqidçi, Türkiyənin Pamukkale Universitetinin doktorantı Aqil Bəkirin hekayəsi qazax türkcəsinə tərcümə edilib.

Yenicag.az xəbər verir ki, Aqil Bəkirin “Ədəbiyyat” qəzetində yayımlanmış “Ölü evi” adlı minihekayəsi Qazaxıstanın M.O.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun əməkdaşı, ədəbiyyatşünas Feyzulla Töltay tərəfindən qazax türkcəsinə tərcümə olunub.

Adebiportal.kz saytında dərc olunan hekayənin tərcümə ilə yanaşı, geniş ədəbi təhlilinə də yer verilib. Məqalədə ədəbiyyatda ölüm motivinin işlənməsinə, onun fəlsəfi-ədəbi məna dərinliyində diqqət çəkilib, müasir türk xalqları ədəbiyyatının tanıdılmasının önəmi vurğulanıb. Hekayə və təhlil oxucular tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Aqil Bəkirin sözügedən hekayəsi rus və türk dillərinə də tərcümə edilərək geniş oxucu kütləsinə çatdırılıb.

“Yeni Çağ” Media Qrupunun əməkdaşı olan Aqil Bəkir çoxsaylı ictimai-siyasi və ədəbi yazıların müəllifidir. “Sözümüz var” adlı layihənin ideya müəllifi və aparıcısı olan Aqil Bəkir Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçirdiyi yazı müsabiqələrində qaliblər sırasında yer alıb.

www.yenicag.az

277
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv