“Yeni Çağ” yazdı, problem həll edildi – FOTOLAR

Paytaxtın Nəsimi rayonu Hüseynbala Əliyev 44 ünvanında ağacların baxımsız və təhlükəli vəziyyətdə olması ilə bağlı redaksiyamıza şikayət ünvanlanmışdı.

Sakinlərin Yenicag.az-a verdiyi məlumata görə, aidiyyəti qurum tərəfindən artıq həmin ərazidə ağacların budanmasına başlanılıb.

“Yenicag.az-a problemimizi işıqlandırdığı və həllində kömək etdiyi üçün təşəkkürümüzü bildiririk. 15 illik yubileyinizi də təbrik edirik”, – deyə sakinlər bildiriblər.