!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yeni Çağ"ın işıqlandırdığı problem HƏLLİNİ TAPDI: Ərazi zibillərdən təmizləndi - AÇIQLAMA / VİDEO

!Reklam – Yazi

Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 42-nin arxasındakı uşaq bağçasının sağında zibil qutuları olsa da, ondan demək olar ki, təyinatına uyğun istifadə edilmir.

Yenicag.az xəbər verir ki, ərazidən olan iaşə obyektlərinin, yeni tikilməkdə olan hündürmərtəbəli binanın tullantıları həmin zibil qablarının ətrafına atılır.

Şəkillərdən və videodan da görəcəyiniz kimi, zibil qutularının yanına kisələrlə çörəklər qoyulub.

Ehtimal edilir ki, çörəklər ya uşaq bağçasından, və ya yaxınlıqda olan çörək sexindən qoyulur.

Qeyd edək ki, həmin bağçada ciddi yeyintinin, uşaqlarla rəftarda problemin olması barədə valideynlər şikayət edir.

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən Yenicag.az-ın işıqlandırdığı problemə operativ reaksiya verilərək ərazinin təmizlənməsi təmin edilib.

Deparatmentdən bildirilib ki, həmin ərazi ciddi nəzarətə götürülüb, orada konteynerlərin sayı artırılıb. Yığılan çörəklərin isə yaxınlıqdakı çörək sexindən qoyulduğu qeyd edilib.

www.yenicag.az

1198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv