!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni çağırışlar fonunda ictimai və dövlət maraqlarının MÜDAFİƏSİ: Ölkəyə qarşı təhdidləri necə önləməli? - TƏHLİL

!Reklam – Yazi

İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Ona görə də bu maraqların müdafiəsi məsələləri daim öz aktuallığını qoruyur.

Müasir cəmiyyətlərdə bu məfhum daha geniş və çoxşaxəli anlam kəsb etməklə, dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malikdir. İctimai maraqları tənzimləyən və müdafiə edən isə məhz dövlətdir. Müxtəlif ictimai birliklər, qeyri-hökumət təşkilatları hüquqi imkanlarla ictimai maraqların müdafiəsini həyata keçirirlər.

Bura ictimai və dövlət maraqlarının müxtəlif aspektlərinə dair hüquqi bazanın təkmilləşdirilməsi, monitorinqi və sair istiqamətlər daxildir. Ölkəmizdə dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritetdir.

Xatırladaq ki, Azərbaycanda dövlət və cəmiyyət maraqlarının qorunması Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanır. Ulu Öndərin irəli sürdüyü bu konsepsiya dövlət və cəmiyyət maraqları fonunda bütün azərbaycanlıları birləşdirən zəruri amildir.

Bununla yanaşı, Azərbaycanda mövcud dövlətçilik modelinin ən uğurlu istiqamətlərindən biri digər ölkələrlə bütün sahələrə dair münasibətlərdə öz milli maraqlarından çıxış etməsidir. Demokratik inkişaf yolunda realizə edilən sistematik tədbirlərin qanunauyğun nəticəsi olaraq Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Azərbaycanda söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib.

Eyni zamanda, KİV-in inkişafı naminə müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması mövcud hüquqi əsasları daha da möhkəmləndirir, media təsisatının funksionallığının artmasına zəmin yaradır.

Son dönəmlər ölkəmizdə bütün sahələr üzrə vüsət alan islahatlar dövlətin ictimai maraqların təminatçısı rolunda çıxış etməsinin nəticəsidir. Həyata keçirilən çoxşahəli sosial islahatlar, struktur dəyişiklikləri həmin maraqların tam təmin olunmasına hədəflənib.

Dövlət üçün cəmiyyətin maraqlarını təmin etmək əsas məsələ hesab edilir. Bunu ictimai maraqların təmin edilməsində, vətəndaş cəmiyyəti institutlarının, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin verilməsində görmək mümkündür. Dövlətin maraqlarına daxil olan siyasi-iqtisadi, hərbi-təhlükəsizlik kimi mühüm məsələlərdə də ictimai maraqların təmin olunması əsas şərtdir.

Hazırda dünyada cərəyan edən proseslərin fonunda, böyük güclərin maraqlarının kəsişdiyi bir dövrdə medianın fəaliyyəti dövlət maraqlarının müdafiəsini ön plana çıxarır. Media Azərbaycanın tarixən tolerant, multikultural ənənələrə sadiq bir ölkə olaraq tanıdılması işində də səylərini artırmalı, ona öz töhfəsini verməlidir.

Həmçinin dövlət maraqlarının müdafiəsi fonunda dövlətçiliyə və onun təhlükəsizliyinə təhdid yaradan hallara yol verilməməlidir. Mətbuatın funksiyası ilk növbədə cəmiyyəti obyektiv, qərəzsiz və tərəfsiz informasiya ilə təmin etmək olduğundan, bu missiyanı milli və dövlət maraqlarına uyğun şəkildə, ona şərəflə xidmət etməklə reallaşdırmalıdır.

Unutmayaq ki, cəmiyyətin rifah halının yüksəlməsi, yaşayış və fəaliyyət şəraitinin yaxşılaşdırılması, keçirilən islahatlar, ümumilikdə dövlətimizin atdığı bütün addımlar, yürütdüyü siyasət ölkəmizdə ictimai maraqların qorunmasına xidmət edir.

Xüsusilə, 44 günlük müharibədə qazanılan möhtəşəm qələbə, Ermənistanaın 30 ilə yaxın müddətdə işğal altında saxladığı torpaqlarımızın azad edilməsi, həmin ərazilərdə intensiv quruculuq-abadlıq işlərinin görülməsi, infrastruktur layihələrinin gercəkləşdirilməsi, “Böyük Qayıdış” kimi ictimai və dövlət marağının təmin edilməsi istiqamətində atılan əməli addımlar ictimai və dövlət maraqlarının üst-üstə düşdüyünü təsdiqləyir.

Son vaxtlar struktur islahatları ilə bağlı müvafiq hüquqi aktların imzalanması, dövlət qurumlarının bəzilərinin ləğv edilməsi, bəzilərinin əsasında yeni qurumların yaradılması idarəetmədə çevikliyə və səmərəliliyə müsbət təsir göstərib, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat adaptasiyanı təmin edib.

Çünki ictimai maraqların dövlət maraqlarına çevrilməsi üçün hər bir vətəndaşın sosial qayğısının nəzərə alınması vacibdir. Cəmiyyət və dövlətin birliyindən, vəhdətindən ayrılmaz bir sistem formalaşır. Sözügedən sistemin mövcud olmadığı şəraitdə isə hərtərəfli, xoş gələcəkdən, ümumiyyətlə, mütərəqqi inkişafdan söhbət açmaq qeyri-mümkündür.

İctimai marağın tanınması, təbliği və müdafiəsi hökumət və onun strukturları tərəfindən reallaşdırılır, ona zəmanət verir. Amma müasir cəmiyyətlərdə bu kateqoriya daha geniş və çoxşaxəli məna kəsb etməklə, dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malik olur. Məhz bu maraqların uzlaşdırılması siyasətin “çətin açılan inteqral”ı hesab edilir. Demokratik quruluşa malik olan ölkələrdə bütün vətəndaş cəmiyyəti institutları ictimai və dövlət maraqlarının müdafiəçiləri sayılır.

Əgər ictimai maraqlar yetərincə müdafiə edilirsə və dövlət maraqları ilə üst-üstə düşürsə, ictimai maraqların müdafiəsi həm də dövlət maraqlarının müdafiəsi rolunda çıxış edəcək. Ona görə də ictimai-dövlət maraqlarının ön planda saxlanması çox aktual məsələ kimi qarşımızda dayanır.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

1041
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv