Yeni doğulan körpəsini öldürən anaya hökm oxundu

anneye-bebegini-oldurmekten-omurboyu-hapis-cezasi-7921705Yenicag.az xəbər verir ki, İzmirdə yeni doğulan körpəsini öldürən anaya hökm oxunub.

Məlumata görə, 36 yaşındakı Refika Gülkan Akın ayaqyolunda dünyaya gətirdiyi körpəsini eyvandan atıb. O, ifadəsində: “Belə olmağını istəməzdim. Mən belə bir insan deyiləm. Bu yaşadıqlarımı anlaya bilmirəm. Mənə cani gözüylə baxılmasını istəmirəm. İçim ağrıyır” deyib.

Qeyd edək ki, Refikaya ömürlük həbs cəzası verilib.