Yeni doğulan körpəsini öldürən anaya hökm oxundu
Yenicag.az xəbər verir ki, İzmirdə yeni doğulan körpəsini öldürən anaya hökm oxunub.
Məlumata görə, 36 yaşındakı Refika Gülkan Akın ayaqyolunda dünyaya gətirdiyi körpəsini eyvandan atıb. O, ifadəsində: “Belə olmağını istəməzdim. Mən belə bir insan deyiləm. Bu yaşadıqlarımı anlaya bilmirəm. Mənə cani gözüylə baxılmasını istəmirəm. İçim ağrıyır” deyib.
Qeyd edək ki, Refikaya ömürlük həbs cəzası verilib.