!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni “Dördlər ittifaqı”: Dünya ikiqütblü düzənə qayıdır? - İLGİNC PROQNOZ/VİDEO

!Reklam – Yazi

 14:50

“Müəyyən dövlətlər zərurət yarandığı şəraitdə maraqlarına uyğun qaydada bir araya gələ bilirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyə ilə Rusiya arasında genişlənən hərbi əməkdaşlığın NATO-ya alternativ güc mərkəzinin formalaşdırılması imkanlarını dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Şair Ramaldanov bildirib ki, Türkiyə ilə Rusiya arasında əməkdaşlığın dərinləşməsi regionda sabitliyin qorunmasında ciddi rol oynayır:

“Rusiya böyük hərbi sənaye potensialına malik ölkədir. Türkiyənin də hərbi sənaye kompleksi xüsusilə, son dövrlərdə xeyli inkişaf edib. Əgər Rusiya və Türkiyə arasında hərbi təyyarələrin birgə istehsalı ilə bağlı razılığa gəlinsə, yəqin ki əsas hissələr Rusiyada, müəyyən hissələr isə Türkiyədə hazırlanacaq.

Hərbi təyyarələrin müştərək istehsal edilməsi iqtisadi baxımdan da, hər iki dövlətə sərfəlidir. Qeyd edim ki, ötən əsrin 90-cı illərində Azərəbaycana səfər edən Türkiyəli hərbçilər Sovet istehsalı olan silahlara böyük maraq göstərirdilər. Türkiyə hələ o vaxtlar Azərbaycan vasitəsilə Rusiyadan silah alırdı.

İki ölkənin hərbi-texniki əməkdaşlığı bir günün işi deyil. Türkiyəli mütəxəssislər uzun müddətdir, Rusiya ordusunu, bu ölkənin hərbi sənaye kompleksinin imkanlarını araşdırırdılar. İki ölkənin bu əməkdaşlığı bizim üçün də müsbət haldır. Çünki Azərbaycan həm Rusiyadan, həm də Türkiyədən silah alır”.

Ekspert Rusiya ilə Türkiyə arasındakı hərbi əməkdaşlığa NATO və Qərbdən açıq bildirilən təhdidlərlə bağlı bunları deyib:

“Hal-hazırda Türkiyə NATO-nun aparıcı üzvlərindən biridir. Düşünmürəm ki, NATO Türkiyəni itirmək istəyər. O ki qaldı ümumi şəkildə desək, Qərbə, o dövlətlər bu günə qədər Türkiyə üçün nə ediblər? Qərb Türkiyəni qəbul etmək istəmədiyini hər addımda büruzə verir.

Son zamanlar isə ABŞ tərəfindən Türkiyənin maraqlarına zidd olan məsələlər irəli sürülməkdədir. Ərdoğan da öz növbəsində güclü bir dövlətin rəhbəri kimi mövqeyini ortaya qoydu, ölkənin maraqlarına zidd olan heç bir şərti qəbul etmədi. Biz bunu istər S-400 raket sistemlərinin alınmasında, istərsə də hərbi təyyarələrə ciddi maraq göstərilməsində görürük.

Prinsip etibarilə, iki ölkə arasında hərbi ittifaq yaranmasa da, Türkiyə ilə Rusiya Suriyada müəyyən istiqamətdə əməkdaşlıq edir və bir-birinin maraqlarına uyğun addım atırlar. Dünyada belə nümunələr çoxdur. Müəyyən dövlətlər zərurət yarandığı şəraitdə maraqlarına uyğun qaydada bir araya gələ bilirlər.

Bu gün geosiyasi prosesləri nəzərə alsaq, NATO böyük bir güc mərkəzidir. NATO-nun özünü bu qədər sərbəst və rəqibsiz hiss etməməsi üçün başqa bir hərbi ittifaq yaranmalıdır. Yəni dünyanıın bir güc mərkəzindən ibarət olması həm sülh, həm də bütün geosiyasi vəziyyət üçün təhlükəlidir.

Vaxtilə sosialist ölkələrinin Varşava Müqaviləsi bloku mövcud olduğu zaman NATO bəzi addımları atmaqdan çəkinirdi – çünki qarşısında güc görürdü. Həmin blok dağılandan sonra, demək olar ki, NATO tamamilə rəqibsiz qalıb.O baxımdan, hərbi balansın yaranması üçün Çin, Rusiya, Türkiyə, İranın iştirakı ilə alternativ hərbi blokun formalaşdırılması nəzərdən keçirilə bilər. Ancaq əlbəttə ki, bütün bunlar bir ehtimaldır”.

Səxavət Məmməd

www.yenicag.az

7701
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv