!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni dünya düzəni: Ermənistan xəritədən silinir, Rusiya isə... - ŞƏRH

!Reklam – Yazi

“Erməni siyasi icmalçıları, politoloqlar, alimlər həyacan təbili çalır ki, Azərbaycanla, Türkiyə ilə yüz illərlə düşmənçilik siyasəti aparmaq balaca, cırtdan Ermənistanın boyuna uyğun deyil”.

Bu sözləri erməni və rus politoloqların Ermənistan dövlətçiliyinin gələcəkdə sual altında olması, yeni dünya düzənində kiçik dövlətlərin var olub-olmamasını şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, gələcəkdə Ermənistan kimi cırtdan dövlətlərin var olması mümkün deyil:

“Birinci Dünya Müharibəsindən sonra yeni dünya düzəni yaranmışdı. Almaniya müharibədə məğlub olmuşdu. Amma bununla razı olmadı. Ona görə də İkinci Dünya Müharibəsi başladı. İkinci Dünya Müharibəsindən sonra yeni dünya düzəni yarandı. Bu ikiqütblü dünya düzəni idi. Bir tərəfdə ABŞ-NATO, digər tərəfdə isə SSRİ-Varşava müqaviləsi təşkilatı idi. Sosialist düşərgəsi, SSRİ dağıldı. Bundan sonra birqütblü dünya düzəni formalaşdı. Ayrı-ayrı ölkələr inkişaf etməyə başladı. Çin, Hindistan, Braziliya inkişaf etdi. Türkiyəni də bu siyahıya qatmaq olar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında dedi ki, dünya 5-dən böyükdür.

Yeni dünya düzəni yaranır. Sadəcə, bu prosesi çoxluq bilmir, ya da ciddiyə almır. Ona görə də beynəlxalq hüquqdan danışırlar. Məsələ ondadır ki, ermənilər və ruslar prosesləri tutublar. Yeni dünya düzənində Ermənistan kimi cırtdan dövlətlərə yer yoxdur ki, onlar at oynatsın. Ermənistan layihə idi. Türk dünyasının ortasına bir yara kimi yaratmışdılar. Düşünürdülər ki, o millət dövlət quracaq. Ancaq gördülər ki, qaraçı taboru kimi bir yerdə dayanmır. Ona görə də bu layihə bitmək üzrədir. İndiki halda Ermənistanın mövcud olmasının qarantı Rusiyadır. Ermənistan rəhbərliyi genetik olaraq satmaqda mahir olduqları kimi indi də istənilən vaxt Rusiyanı sata bilər. Ona görə də Ermənistanda siyasi icmalçıları, politoloqlar, alimlər həyacan təbili çalır ki, Azərbaycanla, Türkiyə ilə yüz illərlə düşmənçilik siyasəti aparmaq balaca, cırtdan Ermənistanın boyuna uyğun deyil.

Rusiya da Ermənistana xəbərdarlıq edir. Çünki Rusiya bilir ki, erməni tərəfi onları satır. Azərbaycan hesabını düz götürməlidir. Azərbaycan öz tarixi, dədə-baba torpaqlarını geri qaytarmalıdır. Biz Zəngəzuru qaytarmalıyıq. Böyük çoxluq bunu tutmur. Ancaq bu istiqamətdə iş gedir.

Yenə müharibə olacaq. Onlar da bilir ki, yeni müharibə olsa, Ermənistan böyük ərazilərini itirəcək, dövlətçilikləri də təhlükə altına düşəcək”.

Səxavət Məmməd

www.yenicag.az

1017
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv