!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yeni dünya nizamında Azərbaycan-Şimali Kipr Münasibətləri” - Beynəlxalq Konfrans keçirildi - FOTOLAR

!Reklam – Yazi

Xəzər Universitetində “Yeni dünya nizamında Azərbaycan-Şimali Kipr Münasibətləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Yenicag.az xəbər verir ki, Şimali Kipr Türk Respublikasının tanınmış siyasətçisi, beynəlxalq münasibətlər üzrə ekspert, professor Qüdrət Özersayın moderatorluğu ilə keçirilən tədbirdə Milli Məclisin deputatları Naqif Həmzəyevlə Vüqar İsgəndərov, Xəzər Universitetinin rektoru İradə Xəlilova, Şimali Kipr Universitetlər Birliyinin sədri Selman Arslanbaş, Türk Birliyi Dayanışma Dərnəyinin sədri Güven Arıklı, Xəzər Universitetinin ictimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər, Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili, Türkiyədən və Şimali Kipr Türk Respublikasından gələn qonaqlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, gənclər və media nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan-Şimali Kipr münasibətlərindən bəhs edilib, gələcəkdə iki ölkə arasındakı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Xatırladaq ki, beynəlxalq konfrans “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi və Şimali Kipr Türk Cümhuriyyətinin Türk Birliyi Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub.

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv