!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni əsrin Herostratına çevrilən AMEA rəhbəri: Arif Həşimov təbiətə niyə qənim kəsilib? – İTTİHAM

!Reklam – Yazi

Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini icra edən akademik Arif Həşimova yönəlik ittihamların ardı-arası kəsilmir.

AMEA-da Ramiz Mehdiyev dönəmindən sonra bu strateji qurumda vəziyyətin tədricən normallaşacağına və Akademiyanın adının hallandığı neqativ məsələlərə son qoyulacağına dair gözləntilər nəinki doğrulmur, əksinə, tənqidlərin daha da intensivləşdiyi müşahidə edilir.

Akademiyanın prezidenti vəzifəsini icra edən Arif Həşimovun bu elm məbədində kadr siyasətini şəxsi əlaqələrinə uyğun aparması, elmlə əlaqəsi olmayan “alim”lərə geniş səlahiyyətlər verməsi, uğurlu alimləri isə küncə sıxışdırması ilə bağlı ittihamlardan sonra onun indi də təbiətlə “savaş”a başladığı bildirilir.

İddiaya əsasən, AMEA Dendrologiya İnstitutunun sabiq direktoru, Akademiyanın müxbir üzvü Tofiq Məmmədovun faciəvi ölümündən sonra qurumun rəhbərliyi Mərdəkan qəsəbəsində, milyonçu un inqilabdan əvvəl bağ imarəti olan ərazisində yerləşən və 12 hektara yaxın əraziyə malik İnstitutun nadir bitkilərdən ibarət bazası sözün həqiqi mənasında talan edilməkdədir.

Bu talançılığa görə əsas ittihamlar isə Arif Həşimova və sözügedən institutun daxil olduğu AMEA Biologiya və Tibb elmləri Bölməsinin rəhbəri akademik İradə Hüseynovaya yönəlib.

Qeyd olunur ki, Dendrologiya İnstitutunun müvəqqəti rəhbərliyi ilə AMEA-nın rəhbər şəxslərinin “hücum”ları nəticəsində illərlə yaradılmış səma altındakı açıq muzey məhv edilir. İnstituta müvəqqəti rəhbərliyin təyinatına qədər canlı kolleksiyalarda qorunan təqribən 1800 növ, o cümlədən 1540 forma və sortun yetişdirildiyi, qorunub saxlandığı oranjereyalar dağıdılır, qiymətli bitkilər kimlərinsə bağlarına aparılır, yaxud da sadəcə, satılır – onların aqibəti məlum deyil.

Bildirilir ki, AMEA rəhbərliyi dövlət başçısının 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Dendrologiya İnstitutunun Elm və Təhsil Nazirliyinin nəzdinə keçməsindən və yaranmış qeyri-müəyyənlikdən ifadə edərək, arzuolunmaz əməllərini genişləndirməkdədir. Başqa sözlə, vurğulanan Fərmanın məqsədi bu sahədə təkmilləşdirməyə xidmət etsə də, akademik Arif Həşimovun niyyəti tamamilə fərqlidir.

Nə qədər acınacaqlı olsa da, Dendrologiya İnstitutunun müvəqqəti rəhbərliyi AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov və akademik İradə Hüseynova ilə birlikdə son 30-40 il ərzində böyük əziyyətlə başa gələn, əməkdaşların fədakarlığı sayəsində qorunub saxlanılan bitki kolleksiyalarının məhvinə göz yummaqdadır. Onların bu davranışı isə adi məsuliyyətsizlik yox, dövlətin əmlakına, xalqın irsinə qarşı cinayət olaraq qiymətləndirilir.

Yuxarıda da qeyd edildiyi kimi, burada söhbət xalqın məhv olunan təbiət irsinin qorunub saxlanılmasından getdiyi üçün Bakı Şəhər İcra Hakimiyyəti, Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təcili hərəkətə keçmələri lazımdır. Əks halda, çox gec olacaq.

www.yenicag.az

810
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv