!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni il ağacı alanların NƏZƏRİNƏ: Satışda təhlükəli küknar ağacları var

!Reklam – Yazi

Yeni ilin gəlməsinə sayılı günlər qalıb. Artıq müxtəlif mağaza və ticarət mərkəzlərində şam ağacları və bəzək üçün olan aksessuarların satışına başlanılıb. Mütəxəssislər bildirir ki, yeni il ağacı alanda diqqətli olmaq lazımdır. Bəzi şam ağacları insan sağlamlığı üçün təhlükəli ola bilər. Buna səbəb onların təhlükəli materiallardan hazırlanmasıdır.

Yenicag.az xəbər verir ki, bu barədə əmtəəşünas Vüsalə Musayeva açıqlama verib:

“Küknar ağacları daha çox polimer tərkibli materialdan hazırlanır. Polimer, əsasən, polivinil xlorid adlanan yüksək molekullu birləşmədən alınır. İstilik bu ağaclara təsir edir və onlardan təhlükəli, uçucu maddələr ayrılmağa başlayır. Bu hal allergiyası olan insanlara mənfi təsir edir. Şam ağacı alanda boyaq çıxmamasına və ən əsası kəskin qoxulu olmamasına diqqət etmək vacibdir. Sözügedən nüanslar müşahidə olunarsa, şam ağacının keyfiyyətli olmadığı ortaya çıxır”./“Yeni Sabah”

www.yenicag.az

243
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv