!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni il qabağı qiymət artımı: Bahalaşmanın qarşısı necə alına bilər? - RƏY

!Reklam – Yazi

“Pərakəndə ticarət nöqtələrinin sayını artırmaqla bahalaşmanın qarşısını ala bilərik”.

Bunu yeni il qabağı qiymətlərin bahalaşmasına münasibət bildirən iqtisadiyyat eksperti Eyyub Kərimli Yenicag.az-a açıqlamasında deyib.

O, süni qiymət artımının bəzi işbazlar tərəfindən həyata keçirildiyini qeyd edib:

“Beynəlxalq miqyasda monitorinq aparsaq, bayram öncəsi qiymətlərin endiyini müşahidə edirik. Azərbaycanda isə zəif sahibkarlıq təcrübəsi ilə qiymətlər qalxır. Belə etməklə daha çox qazanc əldə etdiklərini düşünürlər. Lakin müştəri itirdiklərini anlamırlar.

Belə halların qarşısını almaq üçün bayram öncəsi rəqabətliliyi artırmaq lazımdır. Qida sektorunda ticarət mərkəzlərinin, yarmarkaların sayının çoxaldılmasına ehtiyac var. Bayram öncəsi regionlarda və paytaxtda kənd təsərrüfatı malları yarmarkaları keçirilməlidir. Fermerlərin ərzaq məhsullarını daşımasına imkan yaradılmalıdır. Bu addım rəqabətliliyin artırılmasına xidmət edir. Süni qiymət artımının aradan qaldırılması üçün atılmalı olan zəruri addımlardan biridir.

Qiymət artımı inhisarçılıq meylindən irəli gəlir. Bunu şəbəkə marketlərində daha çox müşahidə edirik. Pərakəndə ticarət nöqtələrinin sayını artırmaqla bahalaşmanın qarşısını ala bilərik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

415
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv