!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni ildə “Şaxta baba”, “Qar qız” olmayacaq – RƏSMİ

!Reklam – Yazi

Artıq Yeni ilin gəlməsinə sayılı günlər qalıb.

Bu bayramın nə az, nə çox – düz 21 əsrlik tarixi var. Hazırda Bakı 2024-cü ili qarşılamağa hazırlaşır.

Yenicag.az xəbər verir ki, hər il şəhərin bir sıra ərazilərində şam ağacları qurulur, Yeni il personajları fəaliyyət göstərir. Bir neçə ildir ki, paytaxtda Yeni il personajları icazəli, yəni xüsusi lisenziya əsasında çalışır.

Bəs bu il Yeni il personajı olmaq üçün müraciət edən var? Şam ağacları nə zaman qurulacaq?

Məsələ ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamentindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, müraciət edən olmayıb:

“Yeni ilin ən böyük “yolkası” həmişə Azadlıq meydanında olurdu, indi ora bağlıdır. Ona görə də daha dəqiq 15-i biləcəyik. “Şaxta baba” və “Qar qız” olmaq üçün müraciət edənlər isə yoxdur. Adətən ayın 20-dən sonra bununla bağlı müraciət olur. Rüsum dəyişməyib, 60 manat olaraq qalır”.

Xatırladaq ki, hər il “Şaxta baba” və “Qar qız” fəaliyyət göstərsə də, demək olar ki, hamı öz telefonu ilə şəkil çəkdirir. Bu səbəbdən bu il “Şaxta baba” və “Qar qız” olmaq üçün müraciət edənlərin olmayacağı deyilir.

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv