!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni komandanın Bakıya gəlişi: "Lentsovun yalnız müdafiə naziri səviyyəsində qəbulu da ona..."

!Reklam – Yazi

“Sərhəd-buraxılış məntəqəsindən ən çox narahat olan silahlılar vasitəsi ilə regionda istədiklərini etmək istəyən xarici qüvvələrdir”.

Bu sözləri Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovun Bakı səfəri, Laçındakı sərhəd-buraxılış məntəqəsi ətrfında baş verən proseslər və gözləntiləri dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, Lentsovun yalnız müdafiə naziri səviyyəsində qəbulu da ona yerini göstərmək anlamı verir:

“Azərbaycan üçün əhəmiyyətli addım olan Laçın sərhəd-buraxılış mənətəqəsinin açılmasından sonra Rusiya tərəfi ermənilərə jest etməli idi. Bunu ən yüksək səviyyədə Rusiya müdafiə naziri Sergey Şoyqunun müşaviri və general-polkovnik rütbəli şəxsi Qarabağa göndərməklə düşünürdülər ki, erməni icmasının istədiklərini yerinə yetirə bilsinlər. Azərbaycan bu yanaşmaya adekvat cavab verdi. Onu müəyyən vaxta dəvət etmişdi, ancaq görüşü bir gün təxirə saldı. Bu ona diplomatik cavab idi ki, yerini bilsin. Aleksandr Lentsovun yalnız müdafiə naziri səviyyəsində qəbulu da ona yer göstərmək anlamı verir.

Azərbaycan tərəfi çox yüksək səviyyədə sərhəd və gömrük işini təşkil edib. Azərbaycan gömrükçüləri və sərhədçilərinin ermənilərlə davranışı son dərəcə nümunəvidir. Əgər oradan silah keçidi baş tutmursa, qaçaqmalçılıq yoxdursa, bütün dünyada tətbiq olunan qaydalar da tətbiq olunacaq. Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərdən xüsusi bir sənəd də tələb etimir. Əsas odur ki, qanunsuz heç nə daşınmasın. Belə olan halda, kim, nə üçün narahat olmalıdır?

Yolun açılması üçün Azərbaycana məsləhət verən istər ABŞ, istər Rusiya, istər Fransada kim separatçılıq edə bilir? Fransa Kosta-Rikada xalqın öz dilində danışmasını belə qadağan etmişdi. Rusiyada iki dəfə çeçen müharibəsi baş verdi. ABŞ Meksika ilə sərhədinə sədd çəkir. Hər kəs öz sərhədinin toxunulmazlığını qoruyur. Hər kəs qaçaq yolla keçidlərin, qeyri-qanuni daşınmanın qarşısını alır. Azərbaycan da eynən bu addımı atır.

Bu məsələdən ən çox narahat olan Azərbaycan daxilində olan qeyri-qanuni silahlı dəstələrdir. Onlar Qarabağda istədiklərini edə bilməyəcəklər. Həmin silahlılar vasitəsi ilə regionda istədiklərini etmək istəyən xarici qüvvələr də narahatdırlar. Azərbaycan öz qanunlarına uyğun olaraq işlər görür, bu proses davam edir və edəcək də”.

Səxavət Məmməd

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv