!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni komandanla hansı “yeniliklər” müşahidə OLUNACAQ? - "Kulakovla Qarabağda vəziyyət...”

!Reklam – Yazi

“Yeni təyinat alan komandan Kirill Kulakovla da Qarabağda vəziyyət çox da dəyişməyəcək. Çünki gələn bir çox komandan öz şəxsi bizneslərini daha da artırmaq üçün ermənilərdə istifadə edir”.

Bunu rus sülhməramlılarına yeni komandan kimi general-mayor Kirill Kulakovun təyin olunmasının hansı dəyişikliklərə yol açacağı haqda fikirlərini səsləndirən hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Rusiya sülhməramlı kontingentinə tez-tez yeni komandanların təyin olunmasını hərbi vəzifəli şəxslərin yerdəyişməsi kimi qiymətləndirmək olar:

“General-mayor Kirill Kulakovun general-polkovnik Aleksand Lentsovun yerinə təyin olunması medianın müzakirə mövzusundan birinə çevrilib. Bir çoxu rus sülhməramlı kontingentinin komandanlarının üzərindən müzakirələr apardıqda sanki Qarabağda bütün məsələləri onların həll edə biləcək şəxslər olduğunu düşünür. Əslində isə belə deyil.

Lentsovun özünün Qarabağdakı müvəqqəti fəaliyyət göstərən rus kontingentinə komandan təyin olunması anormal bir yanaşma idi. Hərbi nöqteyi nəzərdən bunu qiymətləndirsək, general-polkovnikin gətirilib 1960 nəfərə – bir briqadanın şəxsi heyəti qədər hərbçiyə təyin olunması anormal vəziyyət idi. Yəni oraya təyin olunan şəxs maksimum general-mayor ola bilər. Lentsovun özünün orada olması da beyinlərdə sual yaradan məsələlərdən biri idi.

Rusiya rotasiya qaydasında hər zaman yerdəyişmələr edəcək. Sülhməramlıları gözümüzdə çox böyüdürük. Rus kontingenti Azərbaycan ərazisində siyasi-hərbi iradəyə heç bir təsir göstərə bilməz. Rusiya sülhməramlı kontingentinə komandanlıq vəzifəsi müvəqqəti xarakter daşıyır. Əlavə olaraq Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın kifayət qədər generala ehtiyacı var.
Yeni təyinat alan komandan Kirill Kulakovla da Qarabağda vəziyyət çox da dəyişməyəcək. Çünki gələn bir çox komandan öz şəxsi bizneslərini daha da artırmaq üçün ermənilərdə istifadə edir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv