!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yeni media mühitində uşaq hüquqları” mövzusunda tədbirlər keçirildi - FOTOLAR

!Reklam – Yazi

 “Uşaqlar haqqında informasiya yayımının şərtləri” mövzusunda Bakı və Mingəçevir şəhərlərində tədbirlər keçirilib. Fəaliyyət Azərbaycan Jurnalistlərinin Həmrəylik Komitəsi İctimai Birliyi (AJHKİB) tərəfindən icra olunan “Uşaqlar haqqında informasiya yayımının şərtləri” mövzusunda tədbirlər təşkili” adlı layihə çərçivəsində icra olunub. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Layihənin koordinatoru Murad Ələsgərli bildirib ki, uşaqlar haqqında məlumat hazırlamağın prinsiplərini ehtiva edən nəzəri fikirlər mövcuddur. Bu prinsiplər Jurnalistlərin Etik Davranış Kodeksində, “Media haqqında” qanunda, digər normativ hüquqi aktlarda və beynəlxalq sənədlərdə öz əksini tapıbdır: “Amma internet informasiya resurslarının inkişafı, yeni media mühitinin formalaşması uşaqlar haqqında informasiya yayımaq şərtlərinə yenidən baxılması zərurətini yaradır. İcra edəcəyimiz layihə rəqəmsal media mühitində uşaqlar haqqında informasiya yayımının şərtlərinin araşırılmasını və modern nəzəri fikirlərin Azərbaycan auditoriyasına çatdırılmasını ehtiva edir”.

Murad Ələsgərli qeyd edib ki, layihə üç ay müddətində davam edib: “Bu müddət ərzində uşaqlar haqqında informasiya yayımını ehtiva edən müasir nəzəri fikirlər araşdırılıb. Toplanmış materiallar ekspertlərin iştirakı ilə ümumiləşdirilərək, məqalə halına salınıb, KİV-lərdə dərc edilib. Bundan əlavə, Bakı və Mingəçevir şəhərlərində jurnalistlər, QHT təmsilçiləri və sosial media fəallarının iştirakı ilə seminarlar keçirilib”.

AJHK İB Mətbuat Xidməti

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv