!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yeni məktəblərin istifadəyə verilməsi gələcəyə olan uğurlu yatırımdır" - Ekspert ŞƏRHİ

!Reklam – Yazi

“2020-ci ildən etibarən 100-ə yaxın təhsil müəssisəsi tikilib və ya yenidənqurma işləri görülüb”.

Bunu ölkə başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun ölkədə təhsilin inkişafı istiqamətində atdığı addımları şərh edən təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, son illər Azərbaycanda təhsil sahəsinə olan xüsusi diqqət həm təhsil verənlər, həm də təhsil alanlar tərəfindən xoş qarşılanır:

“Son dövrdə təhsil sektoruna göstərilən diqqət “Təhsil millətin gələcəyidir” ifadəsinin sözdə deyil, həm də əməldə olmasının əsas göstəricisidir. Bu, cənab Prezident İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyevanın təhsilə olan diqqət və qayğısı əsasında olub. Hər il yeni məktəblərin istifadəyə verilməsi, köhnə məktəblərin isə bərpası üçün dövlət büdcəsindən və ya Heydər Əliyev Fondundan müəyyən vəsaitlər ayrılır. Bu yalnız təhsil sahəsində deyil, səhiyyə, zavod, fabrik və digər mühüm yerlərin açılmasında da özünü göstərir.

Təhsil sahəsinin mütəxəssisi olaraq qeyd edə bilərəm ki, Prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın əsas məqsədlərindən biri məhz ölkəmizdə təhsilin və elmin inkişafının əsas prioritetlərdən biri kimi görülməsidir. Düşünürəm ki, bu inkişafı sosial şəbəkə istifadəçiləri daha tez görürlər. Çünki müasir dövrdə istənilən sahədə, o cümlədən təhsil sahəsində olan problem sosial şəbəkədə paylaşılan kimi qısa zamanda öz həllini tapması üçün tapşırıqlar verilir və nəticə haqqında ictimaiyyət məlumatlandırılır.

Müzəffər Ali Baş Komandanın 44 günlük Vətən müharibəsində sərkərdəliyi, ordumuzun şücaəti və xalqımızın həmrəyliyi sayəsində qazanılan zəfərdən sonra işğaldan azad olunan torpaqlarımızda yeni məktəblərin istifadəyə verilməsi də gələcəyə, gəncliyə olan uğurlu yatırımdan xəbər verir. 2020-ci ildən etibarən 100-ə yaxın təhsil müəssisəsi tikilib və ya yenidənqurma işləri görülüb. Uşaq evləri, qocalar evlərinə Mehriban Əliyevanın diqqət və qayğısı danılmazdır. Azərbaycan xalqı Prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın bütün sahələrdə göstərdiyi diqqət və qayğını görür, hər zaman onların yanında olaraq Azərbaycanın daha da inkişaf etməsi üçün dəstək olacaq”.

Gülşən Şərif

www.yenicag.az

999
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv