!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni məktəbli formaları necə olacaq? - AÇIQLAMA

!Reklam – Yazi

Yeni məktəbli formaları hazırlanır.

Yenicag.az-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, bunu “Bakı Tikiş Evi”nin satış şöbəsinin rəisi Etibar Əzimov bildirib.

Onun sözlərinə əsasən, yeni məktəbli formalarının nümunələri artıq hazırdır. Bu formalar ötənilkilərdən fərqlənəcək. Yeni geyimlər kostyum şəklində olmayacaq.

Həmçinin qızlar üçün şalvar da nəzərdə tutulub.

Etibar Əzimovun sözlərinə görə, yeni formaların rəng seçimi ilə bağlı hazırda məktəblərin qərarı gözlənilir.

Yeni formaların parçaları Türkiyədən sifariş edilir. Onların qiymətləri ilə bağlı isə hələlik məlumat yoxdur.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl təhsil naziri Emin Əmrullayev növbəti tədris ilində məktəblərdə vahid geyim formasına keçiləcəyini, amma bu prosesin tədricən baş tutacağını bildirmişdi.

www.yenicag.az

531
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv