!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni müharibə ANONSU: “Nəticələri çox ağır və dağıdıcı olacaq”

!Reklam – Yazi

“Həm Rusiya-Ukrayna, həm İsrail-Fələstin, həm Yəməndə Husilərin ABŞ və Qərb gəmilərini bombalaması, həm də Tayvan ətrafında baş verən ABŞ-Çin gərginliyi Üçüncü Dünya Müharibəsinin fərqli döyüş səhnələri kimi qiymətləndirilə bilər”.

Bunu Yenicag.az-a açıqlamasında dünyanın son illər gərgin geo-siyasi proseslərinin III dünya müharibəsinə çevrilmə ehtimalından danışan politoloq Zaur İbrahimli deyib.

Onun sözlərinə görə, soyuq müharibə dövründə ABŞ və SSRİ-nin Əfqanıstanda, Cənub Şərqi Asiyada, Cənubi Amerikada və Afrikada çox ciddi rəqabətdə olduğu hər kəsə aydındır.

“Əsas nəzərə alınmalı məqam isə hər iki qütbün bu konfliktləri lokal səviyyədə saxlamağı bacara bilməsi idi. Məqsəd isə bu konfliktlərdən öz xeyirlərinə yararlanmaqdan ibarətdir. Ancaq hazırda əvvəlki qədər sərt və ikiqütblü dünyada yaşamırıq. Bu səbəbdən regional konfliktləri konkret bir coğrafiyada lokallaşdırmaq çox çətindir. Lakin yenə də böyük güclərin ənənələrinə sadiq qaldığını müşahidə edirik”, – deyə o əlavə edib.

Z.İbrahimli qeyd edib ki, son 12 ildə İran və İsrail arasında gərginliyin yaşandığı, qarşılıqlı hədələrin yağdırıldığı heç kəsə sirr deyil. “Rusiya-Ukrayna müharibəsinin də iki ölkə xaricinə çıxmadığını görərik. Əlavə olaraq HƏMAS-İsrail konfliktində də bu strategiyadan istifadə edilir. Yəni bu münaqişənin regional xarakter kəsb etməsi və özünün ənənəvi məcrasından kənara çıxmaması istər Çin, istər Rusiya, istərsə də kollektiv Qərbin maraqlarına uyğundur”, politoloq bildirib.

O vurğulayıb ki, Üçüncü dünya Müharibəsini mümkün edən kifayət qədər əsaslar var:

“Ard-arda baş verən regional münaqişələr qlobal qarşıdurmadan xəbər verir. Diplomatiya nəticə versəydi, hazırda böyük güclər konfliktlərin nəinki belə uzun müddətli olmasına, baş verməsinə belə imkan yaratmazdı. Eyni zamanda, genişmiqyaslı müharibəyə heç bir güc hazır deyil. Dünya iqtisadiyyatının böyük güclər səviyyəsində bir-birindən asılılığı və regional kooperasiya prosesinin tam başa çatmaması böyük güclərin böyük müharibəyə hazır olmadığını deməyə əsas verir.

Əgər belə bir ehtimalı dəyərləndirsək, nəticələri çox ağır və dağıdıcı olacaq. Baxış bucağımızı dəyişsək və dünya müharibəsi anlayışına fərqli yanaşsaq, elə Üçüncü Dünya Müharibəsinin ayrı-ayrı epizodlarını izlədiyimizi görərik. Həm Rusiya-Ukrayna, həm İsrail-Fələstin, həm Yəməndə husilərin ABŞ və Qərb gəmilərini bombalaması, həm də Tayvan ətrafında baş verən ABŞ-Çin gərginliyi Üçüncü Dünya Müharibəsinin fərqli döyüş səhnələri kimi qiymətləndirilə bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1287
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv