!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan müharibəyə HAZIRLAŞIR? - “Hindistan və İrandan silahların ötürülməsi...” – HƏRBİ EKSPERT

!Reklam – Yazi

“İstənilən halda silahların alınmasına müharibəyə hazırlıq prosesinin tərkib hissəsi kimi baxılmalıdır. Real satınalmalar kontekstindən proseslərə baxsaq, Ermənistanın orta və uzaq perspektivdə müharibəyə hazır ola biləcəyi ehtimalını irəli sürməyə əsas verir”.

Bunu Ermənistanın İran və Hindistan tərəfindən silahlandırılmasının yeni müharibəyə hazırlıq olması ehtimalından danışan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.


O, bildirib ki, Azərbaycan torpaqlarını otuz il işğal altında saxlayan Ermənistana İran və Hindistanın silah ötürməsi təəssüf hissi doğurur:

“Bu silahların ötürülməsi Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunmasına böyük maneələr yaradır. İşğalçı ölkənin müharibədə məğlub olmasına baxmayaraq onun yenidən silahlandırılması həmin dövlətlərin Qafqazda sabitliyin bərpa olunmasında yox, yenidən münaqişə ocağının yaranmasında maraqlı olduqlarını göstərir.

İstənilən halda silahların alınmasına müharibəyə hazırlıq prosesinin tərkib hissəsi kimi baxılmalıdır. Real satınalmalar kontekstindən proseslərə baxsaq, Ermənistanın orta və uzaq perspektivdə müharibəyə hazır ola biləcəyi ehtimalını irəli sürməyə əsas verir. Hazırda isə ərazidə müharibə yox, lokal toqquşmaların baş verəcəyi ehtimalı daha böyükdür. Müharibə ehtimalı isə yaxın perspektivdə gözlənilmir. Çünki bunun üçün Ermənistan hələ də müharibə zamanı darmadağın olmuş ordusunun müqavimət potensialını bərpa edə bilməyib”.

Nəsimi Ələsgərli

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv