!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YENİ MÜQAVİLƏ: “Pakistan Azərbaycanın enerji sektorunda rol almağa hazırdır” - ŞƏRH

!Reklam – Yazi

“İndiki məqamda maye qazın satışını təşkil etməkdən daha çox ölkə şirkətlərinin Pakistanda enerji infrastrukturlarında investor kimi rol almaları daha aktualdır”.

Bu sözləri bu yaxınlarda Azərbaycanla Pakistan arasında təbii qazın satışına dair imzalanan müqaviləni dəyərləndirən iqtisadçı ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, iki dövlət arasında sıx münasibətlər olduğundan imzalanan müqavilədə öhdəlik yaradacaq əməkdaşlıqdan söhbət gedə bilməz:

“Azərbaycan əsas qaz ixracını “Cənub Qaz Dəhlizi” vasitəsilə Gürcüstan, Türkiyə və Avropanın cənub-şərq ölkələrinə həyata keçirir. Hazırda Avropanın da qazla bağlı Rusiyadan asılılığının olduğunu nəzərə alsaq, ölkəmiz rahatlıqla sözügedən regiona öz ixracını həyata keçirə bilir.

Azərbaycan Pakistanla ixracı təşkil etmək üçün boru kəməri mövcud deyil və bu proses yalnız tankerlərlə təşkil edilə bilər. Həmin müqavilə gələcək əməkdaşlığa hesablanıb. Bu müqavilədə öhdəlik yaradacaq əməkdaşlıqdan söhbət getmir.

Ümumiyyətlə, iki dövlət arasında yaxın və müttəfiqlik əlaqələri mövcuddur. Bu baxımdan da Pakistan Azərbaycanın enerji sektorunda rol almağa hazırdır. Keçirilən son görüşlər də elə bu istiqamətdə idi.

Həmçinin Azərbaycana məxsus şirkətlər adıçəkilən ölkədə bir neçə enerji layihələrində, eləcə də bərpa olunan enerji layihələrində investor kimi iştirak etməyə hazırdır.
Lakin maye qazla bağlı layihələrə gəldikdə, ölkəmizin maye qaz satışı haqqında planları mövcuddur və gələcəkdə müəyyən təkliflər edilə bilər.

Azərbaycanın dünya okeanına birbaşa çıxışı yoxdur. Belə bir fikirlər də mövcuddur ki, Gürcüstanda ölkəmizə məxsus terminal vasitəsilə əldə edilmiş maye qazı Qara dəniz üzərindən Avropa ölkələrinə çatdırmaq mümkündür.

Hazırda ölkədə qazı mayeləşdirən zavod da tam fəaliyyət göstərmir. Ola bilsin ki, Azərbaycanın treyderləri hər hansısa məhsulları svop edərək satışını həyata keçirsin.

Ümumiləşdirmə etsək, nəzərə almalıyıq ki, Azərbaycanın dünya okeanına çıxışı yoxdur və buna görə də planlardan biri də maye qaz ixracını gələcəkdə boru xətləri ilə deyil, tankerlər vasitəsilə həyata keçirməkdən ibarətdir.

Düşünürəm ki, indiki məqamda maye qazın satışını təşkil etməkdən daha çox ölkə şirkətlərinin Pakistanda enerji infrastrukturlarında investor kimi rol almaları daha aktualdır. Çünki investisiya layihələri SOCAR-ın maraqları çərçivəsində olacaqsa, şirkət bu bazarda iştirak edə bilər. Amma hazırda Pakistana birbaşa qaz nəqli mümkün deyil. Azərbaycan qazın mayeləşdirilməsi prosesini tam olaraq icra etmədiyinə görə qazın tankerlərlə nəqli məsələsi də başqa bir problemdir. Bundan fərqli olaraq neftin satışı Bakı-Ceyhan boru kəməri yoluyla nəql olunaraq tankerlərə yüklənməsi prosesi mümkün hesab olunur”.

Yusif Səmədzadə

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv