!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yeni Müsavat” Azər Ayxanla bağlı daha bir açıqlama yaydı

!Reklam – Yazi

“Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxan istefa ərizəsi yazaraq, vəzifəsindən azad olunmağı xahiş edib”.

Yenicag.az xəbər verir ki, Şirkətin yaydığı açıqlamaya görə, onunla aparılan danışıqlar heç bir müsbət nəticə verməyib: “Son olaraq bu istefanın qəbul olunduğunu bəyan edirik.

“Yeni Müsavat” Media Qrupu Abbasov Azər Arif oğlu ilə əmək müqaviləsinə xitam verir və yollarının ayrıldığını təəssüflə bildirir. Ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayır, Media Qrupunun yolunda göstərdiyi fədakarlıqlar, verdiyi əmək üçün minnətdarlığımızı bildiririk”.

Xatırladaq ki, daha əvvəlki açıqlamada şirkət istefanın gözlənilməz olduğunu bildirmiş, irəliləyən zamanlarda bu məsələnin müsbət həllinə ümid ifadə etmişdi.

A.Ayxan istefasını yaranan fikir ayrılıqları ilə əlaqələndirmişdi: “Əlverişsiz mənəvi-psixoloji mühit insanı usandırır, enerjisini alır və yorur”

Qeyd edək ki, A.Ayxan “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun qardaşıdır. R.Arifoğlu məsələ ilə bağlı hələ ki, heç bir açıqlama yaymayıb.

www.yenicag.az

331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv