!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni nazir Rusiyanın qara siyahısına düşdü

!Reklam – Yazi

Moldovanın yeni xarici işlər naziri Mixay Popsoy Rusiyada ölkəyə girişi qadağan edilən şəxslər siyahısına daxil edilib.

Yenicag.az NewsMaker-ə istinadla xəbər verir ki, nazirin özü bu fakta münasibət bildirib.

O yada salıb ki, hələ ötən ilin yayında, Fəaliyyət və Həmrəylik partiyasıdan deputat olanda bu siyahıda olub.

Popşoy qeyd edib ki, o, Rusiyanın stop-listini kimin tərtib etdiyini bilmir, lakin Rusiya Xarici İşlər Nazirliyinin və ya təhlükəsizlik xidmətlərinin bunda müəyyən rol oynaya biləcəyini güman edir:

“Kreml və Rusiya Xarici İşlər Nazirliyinin mənim xarici işlər naziri təyin olunmağıma necə reaksiya verəcəyini görmək maraqlı olacaq. Bu, onların işidir, hansı qərarı verəcəklərini bilmirəm. Amma beynəlxalq standartlara görə, ölkələr arasında fikir ayrılıqlarına baxmayaraq, diplomatlar dialoq qurmaq üçün çalışırlar və bunun üçün imkan və hüquqa malik olmalıdırlar”.

 

www.yenicag.az

133
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv