!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni nazirdən gözlənilməz QƏRAR

!Reklam – Yazi

Ermənistanda yeni təyin olunmuş təhsil, elm, mədəniyyət və idman naziri Janna Andresyan məktəblərdə hər cür hərbi-vətənpərvərlik təlimlərin və bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsinin qadağan olunması barədə göstəriş verib.

Yenicag.az xəbər verir, bu barədə gündəlik çıxan “Joxovurd” qəzeti yazıb.

Bildirilib ki, nazir Ermənistanının bütün vilayət qubernatorlarının başçılarına məktəblərin hərbiləşdirilməsindən çəkinməyi tapşırıb.

Qzetin yazdığına görə, bu, “Komandos Hərbi İdman Klubu”, “Zark” proqramı, “Pokr Mher”, OMA (Sağlam qalmaq sənəti) rama-vətənpərvər qeyri-hökumət təşkilatı və s. kimi hərbi qurumlarla əməkdaşlıqdan imtina etmək deməkdir.

“Joxovurd” bildirib ki, bu barədə tapırığı Janna Andresyan hələ nazir müavini olarkən veribmiş. İndi isə onun icrasına başlayıb.

Məlumata görə, məktəblilər “İlkin Hərbi Hazırlıq” fənnindən başqa hərbi-vətənpərvərlik proqram və kurslarında iştirak edə bilmirlər.

Qeyd edək ki, Janna Andreasyan dekabrın 13-də bu vəzifəyə təyin olunub. Daha əvvəl isə Vaqram Dumanyan təhsil, elm, mədəniyyət və idman naziri idi.

www.yenicag.az

1729
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv