!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni nəqliyyat QANUNLARI: "Burada fantastik heç nə yoxdur" - ŞƏRH

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, xüsusi razılıq olmadan avtomobillə sərnişin və yük daşınması qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir.

Bəs yeni qaydaların nə kimi üstünlükləri və ya mənfi cəhətləri var?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, qaydaların sərtləşdirilməsi davam edir:

“Qanunvericilik aktlarında müəyyən dəyişikliklər baş verir. Bu da insanları nizam-intizama dəvət etmək üçündür. Ciddi problem yoxdur.

Vətəndaşa deyilir ki, qanunla icazə verilən formada işlərini qur, fəaliyyət göstər, rüsumları ödə. Ortada fantastik tələblər yoxdur.

Sərnişin və yük daşıma ilə bağlı problemlər çoxdur. Qanunsuz yük daşıma dəhşətli dərəcədə artıb.

Bununla mübarizə aparmaq lazımdır. Buna görə də qanunvericilik bazası möhkəmləndirilir”.

Şahanə Paşa

www.yenicag.az

229
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv