!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 52 faiz artdı

!Reklam – Yazi

Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 16 mlrd. 925 mln. manatdan çox olub.

Bu barədə Yenicag.az-a Dövlət Vergi Xidmətindən məlumat verilib.

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 75 mindən çox yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2022-ci ilin yanvar-sentyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 16 milyard 925 milyon 117.8 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52.8% çoxdur.

www.yenicag.az

425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv