!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni “novostroykalar”da KANALİZASİYA PROBLEMİ: Pis qoxulardan necə qurtulaq? - AÇIQLAMA

!Reklam – Yazi

“Vətəndaş hər ay kommunal xərclərini ödəyir, amma problem ortaya çıxanda dərdini deməyə adam tapmır”.

Bunu yeni tikilən binaların kanalizasiya sistemində yaranmış problemləri aradan qaldırmaq üçün həll yollarını təklif edərkən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Yenicag.az-a açıqlamasında deyib.

O, binanı idarə edən təşkilatın baş verən problemə görə cavabdeh olduğunu bildirib:

“Binanı idarə edən təşkilat kimdirsə, o da baş verən problemə cavabdehdir. Məsələn, bina sahə mülkiyyətçiləri tərəfindən idarə olunursa, problem həmin mülkiyyətçilər tərəfindən aradan qaldırılmalıdır. Bina Mənzil İstismar Sahəsi tərəfindən idarə olunursa, cavadeh dövlətdir.

Bəzən olur ki, sakin aylarla kommunal haqqını ödəmir və hər hansı bir problemlə üzləşəndə kimlərisə ittiham etməyə başlayır. Və yaxud da əksinə, sakin hər ay kommunal xərclərini ödəyir, problem ortaya çıxanda dərdini deməyə adam tapmır.

İdarəedici tərəf bina ilə bağlı yaranmış problemi aradan qaldırmalıdır. Əgər sahə mülkiyyətçisi aylıq bina idarəedicisi təşkilatına, tərəfə və yaxud da şəxsə ödəniş həyata keçirirsə, bu cür problem zamanı heç kim ödəniş etmir və etməməlidir. Yox, əgər binaya cavadeh şəxs yoxdursa, o zaman toplantı çağıraraq, ümumi yığıncağın protokolunu tərtib etmək lazımdır. Bundan sonra idarəedici təşkilatın yaradılması müəyyən edilir və bununla bağlı müvafiq sənədləri Ədliyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçir”.

Sadiq Cavadov

www.yenicag.az

200
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv