!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni QADAĞA: Bu gülü yetişdirənlər 2 ilə qədər HƏBS OLUNACAQ - FOTO

!Reklam – Yazi

Rusiyada “üçrəngli ipomeya” gülünün yetişdirilməsi qadağan olunub.

Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Sergey Qavrilov məlumat verib.

Rusiya Dövlət Duması artıq yetişdirilməsi mümkün olmayan çiçəyin adını aşıqlayıb.

Söhbət yayda populyar olan “üçrəngli ipomeya” gülündən gedir. Bitkinin toxumlarında halüsinogen, narkotik maddələr var. İndi onu becərənləri iki ilə qədər həbs cəzası gözləyir.

“Artıq torpaq sahəsində məşhur çoxrəngli bağ çiçəyi, üçrəngli ipomeya yetişdirmək mümkün deyil.

Əgər yetişdirilən gülün sayı 100-dən çox olarsa, bu, artıq cinayət kimi təsnif edilir.
Hətta Ipomeya toxumlarının 3 qramını saxlamaq və ya qəbul etmək artıq cinayət hesab olunur. Bu hala iki ilə qədər həbs də daxildir”, – parlamentari deyib.

O, əlavə edib ki, yabanı halda bitən narkotik bitkilərin məhv edilməsi üçün fermer və ya torpaq istifadəçisi tərəfindən tədbir görülməməsinə görə də məsuliyyət nəzərdə tutulur.

Xuraman Etibarlı

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv