!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni qadağanın ölkəmizə TƏSİRİ: “Gürcüstanda verilən bu qərar...” - EKSPERTDƏN AÇIQLAMA

!Reklam – Yazi

“Göründüyü kimi, ekoloji şüurun artıq post-sovet ölkələrində də formalaşdığının şahidi oluruq”.

Bu sözləri Gürcüstan hökümətinin qərarına əsasən katalizator ehtiyat hissəsinin ixracına qoyulan qadağa fonunda ölkəmizdə bu hissənin qiymət artımına təsirinə münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, əgər ölkəmizdə də ekoloji tullantıların azaldılması yönümündə tədbirlər həyata keçirilərsə, bu sürücülər üçün əlavə xərcə çevrilə bilər:

“Sözügedən ehtiyat hissəsi katalizatordur. Bu ehtiyat hissəsinin avtomobillərdən oğurlanmasıyla bağlı xəbərlərə bir müddət mətbuatda da rast gəlinirdi. Çünki orijinal katalizatorun tərkibində spesifik metallar olduğundan qiyməti də bir qədər baha olur. Buna görə də zamanla bu hissənin oğurlanması hallarına da rast gəlinir.

Gürcüstanda verilən bu qərar avtomobillərdən çıxan zərərli tullantıların azadılması ilə bağlıdır. Elə Azərbaycanda da ekoloji postlarda və yaxud yol polisi tərəfindən ekologiya həftəsi keçirilən zaman bu avtohissə yoxlanışdan keçir.
Göründüyü kimi, ekoloji şüurun artıq post-sovet ölkələrində də formalaşdığının şahidi oluruq. Adıçəkilən ölkədə bu avtohissə maşınlardan sökülərək xarici ölkələrə, o cümlədən Azərbaycana gətirilirdi. Hesab edirəm ki, bu qərar ölkədə avtomobil ehtiyat hissələrinin bahalaşmasına gətirib çıxarmayacaq. Səbəb isə, bu hissənin tərkibindəki materialların satış üçün istifadəsidir. Yanız bu halda qiymət artımı müşahidə oluna bilər: nə zaman ki, ölkəmizdə ekoloji çirkliliyi əsas gətirərək bu sahədə tədbirlər görərsə, cərimələmələr həyata keçirilərsə, o zaman sürücülər üçün bu məsələ əlavə xərcə çevrilə bilər”.

Yusif Səmədzadə

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv