!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yeni qanunu dəstəkləyən çox sayda partiya fəaliyyətini dayandırdı” - MÖVQE

!Reklam – Yazi

“Partiyaların yeni qanunla bağlı irəli sürdüyü təkliflərin müəyyən hissəsinin nəzərə alınması müsbət haldır”.

Bu fikirləri partiyaların təkrar qeydiyyatdan keçmək mərhələsində yaranmış vəziyyəti dəyərləndirən Böyük Azərbaycann Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni qanunvericiliyin tələblərinə əməl edə bilməyən partiyaların öz fəaliyyətinə xitam vermələri onların hüququdur:

“Ümumiyyətlə, ötən parlament seçkilərindən sonra siyasi partiyalara münasibət məsələsi xeyli fərqli oldu. Belə ki, Prezident Administrasiyasında yeni siyasi partiyalar və qanunverici orqanla iş şöbəsi yaradıldı və bundan sonra Prezident Administrasiyası ilə siyasi təşkilatlar arasında əlaqələr yaranmağa başladı. Əksər partiyaların rəhbərləri ilə görüşlər keçirildi və onların mövqeləri öyrənildi.

Mən onda gördüm ki, yeni bir açılım var və partiyalara əvvəlkindən fərqli münasibət göstərilir. Hesab edirəm ki, bu, yeni açılım üzrə uğurla həyata keçirilən birinci mərhələ idi. Bildiyiniz kimi, bundan sonra siyasi partiyalar haqqında yeni qanun layihəsi ətrafında müzakirələr keçirildi və daha sonra qəbul edildi.

Müzakirələrin gedişində yeni qanundakı bəzi müddəaların mürtəce olduğunu bildirərək tənqidi mövqeyimizi ifadə etdik. Lakin tənqidlə kifayətlənməyərək, öz təkliflərimizi də irəli sürdük. Ancaq biz də daxil olmaqla, yeddi partiyadan fərqli olaraq, qalan partiyalar yeni qanunu tam şəkildə dəstəkləyirdi. O partiya sədrlərinin çoxu daha sonra təşkilatlarını buraxmalı oldular. Bu da müsbət haldır ki, partiyaların yeni qanunla bağlı irəli sürdüyü təkliflərin müəyyən hissəsi nəzərə alındı.

Qanun qəbul edildikdən sonra onun tələblərinə əməl etmək lazımdır. Bir çox partiya yeni qanunda öz əksini tapan beş min üzv tələbini yerinə yetirə bilmədiyi, yaxud da başqa səbəbdən, öz fəaliyyətlərinə xitam verdi. Bu, onların hüququdur, nəsə demək olmaz. Bizim partiya da artıq yeddi min nəfərdən çox üzvünün siyahısını təqdim edib və sənədlərimizin yoxlanılması prosedurlarının yekunlaşmasını gözləyirik”.

A.Zeynalov

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv