!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yeni qanunun tətbiqindən sonra fəaliyyətini dayandıran partiyaların sayı 35-40-a çatacaq” – RƏY

!Reklam – Yazi

“İndiki şəraitdə bunun nə qədər çətin olduğunu izah etməyə ehtiyac yoxdur”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yenin qanunun qüvvəyə minməsindən sonra fəaliyyətini dayandıran Təkamül Partiyasının sədri Teyyub Qənioğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, indiki şəraitdə partiyanın öz fəaliyyətini davam etdirməsinin əhəmiyyəti qalmamışdı:

“Bildiyiniz kimi, yeni qanunun tətbiqi ilə partiyaların qarşısında çox ciddi tələblər qoyuldu. Onların ən əsası partiya üzvlərinin sayını birdən-birə azı beş dəfə artırmaq idi. İndiki şəraitdə bunun nə qədər çətin olduğunu izah etməyə ehtiyac yoxdur.

Fəaliyyətimizi dayandırmaq haqqında qərar verməzdən əvvəl münasibətlərimizin olduğu 10-12 partiya sədri ilə əlaqə saxladım. Aparılan söhbətlərdən sonra mövqeyim daha da qətiləşdi və partiyanın fəaliyyətinin dayandırılmasına qərar verdik. Ümumiyyətlə, hesab edirəm ki, yeni qanunun tətbiqindən sonra fəaliyyətini dayandıran partiyaların sayı 35-40-a çatacaq.

Özümə gəldikdə isə bu addım mənim siyasətdən birdəfəlik gedişim anlamına gəlməməlidir. Hələ ki fəaliyyətimi politoloq kimi davam etdirəcəm. Daha sonra nə olacaqsa, ona uyğun addım atacağıq”.

A.Zeynalov

www.yenicag.az

465
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv