!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yeni qaydalar pensiyalara əlçatanlığı artıracaq" - Deputat

!Reklam – Yazi

“Nazirlər Kabineti əmək pensiyalarının hesablanması qaydasına dəyişiklik edilməsi ilə bağlı qərar qəbul edib. Bu qərarla bir sıra sənədlərin pensiya müəyyənləşdirilən zaman təqdimatına ehtiyac yoxdur”.

Yenicag.az xəbər verir ki, bunu açıqlamasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bəzi sənədlərdə yumşalmalar tətbiq olunur ki, bu da pensiyalara əlçatanlığı artıracaq:

“Eyni zamanda qərarla pensiya məbləğində 3 qat artımlar müəyyənləşən zaman bu mexanizmin ardıcıllığı müəyyən edilib. Bəzi hallarda pensiyanın minimum hissəsinin artırılması, həmçinin, yardımın pensiyaya əlavə olunması və indeksasiyası eyni vaxtda həyata keçirilir ki, bu zaman ardıcıllıq müəyyənləşir. Eləcə də artıq və ya az pensiya hesablanan zaman onların əvəzləşməsi və ödənilməsi məsələləri öz əksini tapıb. Bəzi hallarda vətəndaşın pensiyası az hesablanır və bu da həmin pensiyanın yenidən hesablanaraq vətəndaşa qaytarılmasını təmin edəcək. Yeni qaydalar pensiyalara əlçatanlığı artıracaq. Eyni zamanda pensiyanın hesablanması, eləcə də az hesablanmış pensiyaların yenidən pensiya məbləğinə əlavə edilərək artırılması müəyyənləşir. Bu, pensiyaçıların sosial təminatı baxımından vacibdir”./unikal

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv