Reklam: High Technic
hightechnic

“Yeni qələbələrə doğru, irəli” - İlham Əliyev prezident seçilməsindən danışdı - VİDEO

Reklam: Sinerji Pro

Bu gün Azərbaycanda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Yenicag.az xəbər verir ki, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86.09 % səslə seçkilərdə qalib olub.

O, növbəti 7 il müddətində prezidentlik fəaliyyətini davam etdirəcək.

Dövlət televiziyası vasitəsi ilə çıxış edən ölkə başçısı seçkilərdə aktiv iştirak edən Azərbaycan xalqına təşəkkür edib. İlham Əliyev çıxışında son 15 ildə görülən işlərdən danışıb:

“Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, inkişafa, tərəqqiyə səs vermişdir. Son 15 ildə görülən işlərə qiymət vermişdir. Bütün bu uğurlara birgə ima atmışıq. Xalq-iqtidar birliyi Azərbaycanı qüdrətli dövlətə çevirib. Bu gün dünyada ölkəmiz böyük dəstəyə malikdir. Biz beynəlxalq aləmdə öz mövqeyimizi gücləndirə bilmişik. Dağlıq Qarabağ məsələsində geri addım atmamışıq. Prinsipial mövqeyimiz daha da güclənib. Son illər ərzində bir sıra beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyib. Böyük diplomatik qələbələrə nail olmuşuq. Eyni zamanda da döyüş meydanında. Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın bir hissəsini işğaldan azad etdi. İşğaldan edilmiş torpaqlara həyat qayıdıb. Gün gələcək ki, işğal olunan torpaqlarda Azərbaycan bayrağı dalğalanacaq. Biz daha da güclü olmalıyıq. Son 15 ildə iqtisadiyyatımız da güclənib. Bu gün Azərbaycan dünyanın ən rəqabətli ölkələri sırasındadır. Siyasətimizin mərkəzi Azərbaycan vətəndaşıdır. Son 15 ildə maaşlar və pensiyalar 7-8 dəfə artıb. Bu inkişaf daha da artacaq. Bütün istiqamətlər üzrə nəticələr göz qabağındadır. Keçdiyimiz yol şərəfli yoldur. Yeni qələbələrə doğru, irəli!”

www.yenicag.az

1080