!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni qərar avtomobillərin qiymətinə təsir edəcək? - AÇIQLAMA

!Reklam – Yazi

“Yerli avtomobillərə vətəndaşlarımızın marağını oyatmaq üçün bir neçə nüansa diqqət yetirilməlidir”.

Bu sözləri yerli avtomobillərin Əlavə Dəyər Vergisindən azad olunması haqqında məsələyə münasibət bildirən iqtisadçı ekspert Eyyub Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O, həmçinin bildirib ki, ölkədə istehsal edilən avtomobillərin əsas detallarının xaricdən gətirildiyindən, bunun qiymətlərə təsiri hiss olunandır:

“Sözsüz ki, yerli istehsal olan avtomobillərin ƏDV-dən azad olunması qiymətlərin aşağı enməsinə təsir edə bilər. Lakin unutmaq lazım deyil ki, ölkədə istehsal edilən avtomobillərin əsas ehtiyyat hissələri xaricdən idxal olunur. Təbii olaraq, bu qiymət dəyişikliyi həmin ölkədə olan qiymətlərdən asılı olacaqdır.

Yerli avtomobillərə vətəndaşların marağını oyatmaq üçün bir neçə nüansa diqqət yetirilməlidir.

Belə ki, texniki parametrlər, təhlükəsizlik standartları, müasir tələblər, yüksək keyfiyyət kimi xüsusiyyətlər istehlakçılar tərəfindən maraq doğuran məqamlardır. ƏDV-dən azad olunma qiymətlərə təsir etsə də, bu, yerli avtomobillərin satış tempinə təsir göstərəcəyi anlamına gəlmir”.

Yusif Səmədzadə

www.yenicag.az

249
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv