!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yeni qərar qəzət və kitab çapı üçün münbit şərait yaradacaq" - ŞƏRH

!Reklam – Yazi

“Bu onu göstərir ki, Medianın İnkişafı Agentliyi daxil olmaqla dövlətin media siyasətini yürüdən qurumlarının kütləvi informasiya vasitələrinin inkişafı üçün sistemli bir proqramı mövcuddur”.

Bu sözləri kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı üzrə 18%-lik əlavə dəyər vergisinin (ƏDV) ləğvinə münasibət bildirən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən bu gün qəbul olunan qərar alqışalayiqdir:

“Ümumilikdə, indiki dövrdə çap məhsullarının istehsalı kifayət qədər baha başa gəlir. Çünki qəzet və digər çap məhsullarının saxlanılması ilə bağlı xərclər bahalı prosesdir. Zaman göstərir ki, bu məhsulların hələ də saxlanmasına ehtiyac var. Təsadüfi deyil ki, bu fonda Azərbaycanda kütləvi informasiya vasitələrinə dövlətin dəstəyi göstərilir. Dövlətin bir tərəfdən çap media məhsullarına yardım göstərdiyi halda, digər tərəfdən vergi yükü və çap məhsullarının qiymətinin qalxması kütləvi informasiya vasitələrinin vəziyyətini ağırlaşdırırdı. Bir müddət idi ki, qəzet və digər çap məhsulları üçün müəyyən güzəştlərin tətbiq olunması ilə bağlı ictimai təşəbbüslər vardı. Bu təşəbbüslərdən biri də çap məhsullarının ƏDV-dən azad olunması idi. Yeni qərar qəzət və kitab çapı üçün münbit şərait yaradacaq. Bu isə əhalinin intellektual inkişafı üçün səmərəli addımdır. Məsələ ilə bağlı ölkənin çap mediası subyektləri rəhbərləri ilə Medianın İnkişafı Agentliyində aparılan müzakirələr bu yanaşmanı dəstəkləyir.

Qərar fonunda Medianın İnkişafı Agentliyi yarandığı gündən ölkədə müstəqil və peşəkar KİV-lərin inkişafı üçün çox ciddi addımlar atır. Bu addımlar müxtəlif istiqamətlər üzrə təşkil olunub. Medianın İnkişafı Agentliyi təkcə KİV-lərə instansional yardım göstərilməsinə deyil, eyni zamanda, peşəkarlığın artırılması üzrə müxtəlif sferalı təlim və konfransların keçirilməsinə üstünlük verir. Bununla yanaşı, yerli kütləvi informasiya vasitələrinin beynəlxalq platformalara çıxması üçün səy göstərilir. Agentliyin işi kifayət qədər dinamik və çoxşaxəlidir. Bu onu göstərir ki, Medianın İnkişafı Agentliyi daxil olmaqla dövlətin media siyasətini yürüdən qurumlarının kütləvi informasiya vasitələrinin inkişafı üçün sistemli bir proqramı mövcuddur. Həmin proqram mərhələli şəkildə tətbiq olunur və kifayət qədər fayda verir”.

Gülşən Şərif

www.yenicag.az

558
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv