!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni qripin FƏSADLARI - Digər virus xəstəliklərindən necə fərqləndirmək olar?

!Reklam – Yazi

““B” qripi virusunun yaratdığı xəstəlik “A” qripinin yaratdığı xəstəlik qədər ağırdır”.

Yenicag.az xəbər verir ki, bunu Rusiyanın Qamaleya Epidemiologiya və Mikrobiologiya Elmi Mərkəzinin direktoru, tibb elmləri doktoru Mixail Ginzburq yeni qripin fəsadından danışarkən deyib.

Rusiyalı mütəxəssis “A” ilə “B” qripini fərqləndirən cəhətləri qeyd edib:

“Xırıltı və səsin dəyişməsi “B” qripinin xarakterik əlamətləridir. Onu “A” qripindən bu xüsusiyyətlə ayırmaq olar. O, səs tellərini vurur və insan dərhal xırıldamağa, fısıldamağa başlayır, səsi çox dəyişir, batır. “B” qripinin qalan simptomları digər tənəffüs orqanlarının xəstəliklərinə bənzəyir: iltihabi proses burun-udlaqdan başlayır, sonra bronxlara və ağciyərlərə enir. Əgər patogenin aşağı düşməsi prosesi dayandırılmasa, o zaman bakterial infeksiya da qoşulur, bu da bronxitə, ağciyər iltihabına və tənəffüs çatışmazlığına gətirir”.

www.yenicag.az

493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv