!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yeni Sabah” saytı 4 yaşında

!Reklam – Yazi

Bu gün “Yeni Sabah” xəbər saytının fəaliyyətə başlamasının 4 ili tamam olur.

Yenicag.az xəbər verir ki, 2019-cu il yanvarın 25-də fəaliyyətə başlayan Yenisabah.az xəbər saytı bu qısa müddət ərzində aparıcı media orqanlarının sırasına daxil olmağı bacarıb.

“Yeni Sabah” hadisələrə fərqli baxışı, tərəfsiz yayım siyasəti ilə seçilən bir xəbər saytı olaraq, geniş oxucu kütləsinin etimadını qazanmağa nail olub. “Yeni Sabah” özüməxsus informasiya siyasəti yürüdən, öz açdığı cığırla irəliləyən media resursudur.

Fəaliyyətə başladığı ilk gündən saytda cəmiyyətin bütün sosial təbəqələrini marqlandıracaq xəbərlər, müsahibələr, araşdırma və açıqlamalar yayımlanır.

Bu gün ölkənin oxunaqlı saytlarından biri olan “Yeni Sabah”ı təbrik edir, həmkarlarımıza yeni yaradıcılıq uğurları arzulayırıq.

www.yenicag.az

869
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv