!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni sistem yaradılır - “İlan-qurbağa”lı RESEPTLƏRƏ SON - AÇIQLAMA

!Reklam – Yazi
“Xaricdən idxal edilən dərmanların keyfiyyət parametrlərinə nəzarət üçün hüquqi mexanizmlər yaradılmalıdır”.
Bunu Azərbaycanda elektron reseptlərə keçirilməsi ilə bağlı məsələni şərh edərkən tibb elmləri doktoru, professor Adil Qeybulla Yenicag.az-a açıqlamasında deyib.
O, elektron reseptlərin həm dövlət, həm də ictimaiyyətin dərmanların dövriyyəsinə nəzarətini asanlaşdıracağını bildirib:
“Reseptlərin yazılma qaydalarının standart forması olmalıdır. Əgər səhiyyə bütövlükdə ölkə üzrə bir sistemə keçərsə və bütün qeydlər vahid bir elektron sistemdə öz əksini taparsa, əlbəttə bu, daha məqsədəuyğun olacaq. Çünki bu halda dərmanların dövriyyəsi ilə bağlı qayda-qanunlara necə əməl olunduğuna həm ictimaiyyət, həm də dövlətin nəzarəti asanlaşacaq.
Hesab edirəm ki, dünyanın hər yerində resept yazılır və onu həkimdən tələb etmək xəstənin hüququdur. Dərman maddələrinin keyfiyyət parametrlərinin həlli üçün mütləq həmin preparatı istehsal edən şirkətlə Azərbaycanda onun idxalına məsuliyyət daşıyan şirkət arasında bir müqavilə olmalıdır. Belə olduqda gələcəkdə dərmanın keyfiyyət parametrləri və başqa məsələlərlə bağlı hansısa bir sual yaransa, müqaviləyə istinad edilə bilər. Buna görə də birinci növbədə xaricdən idxal edilən dərmanların keyfiyyət parametrlərinə nəzarət üçün hüquqi mexanizmlər yaradılmalıdır”.
Sadiq Cavadov

www.yenicag.az

927
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv