!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni taksi TƏNZİMLƏMƏLƏRİ: Əhaliyə bunun faydası olacaqmı? - RƏY

!Reklam – Yazi

“Bu günki tənzimləmələr öz aktuallığını qoruyub saxlayır. Çünki xarici və yerli şirkətlər vahid bir sistemdən çıxış edə bilmirdi. Sərnişin, sürücü arasında mübahisələr çox olurdu”.

Bu sözləri Yenicag.az-a nəqliyyat eksperti Aslan Əsədov yeni taksi qaydalarını şərh edərkən deyib.

 

O bildirib ki, taksi sürücüləri və şirkətlərlə bağlı problemlər çoxdur:

“Əmək müqavilələri bağlanılmır. Həmçinin məcburiyyət qarşısında qalıb işləyənlər də az deyil. Kimi necə gəldi işə götürürlər.

Əvvəllər avtobus sürücüləri ilə də bağlı eyni situasiya idi. Daha sonra tənzimləndi.

Sosial şəbəkələrdə də ard-arda şikayətlər görürük. Bu cür tənzimləmələrin gəlməsi bir tərəfdən faydalı olacaq. Əvvəllər biganəlik çox idi. Ən azından xanım sərnişinlərlə normal davranılmalı idi, amma buna belə nəzarət edilmirdi. Şikayət etmək istəyərkən operatorlara qoşulmaq olmurdu. Bu cəhətdən düşünürəm ki, yeni qaydalar faydalı olacaq”.

Şahanə Paşa

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv