!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni tarixin seçkilərlə yazılan QIZIL SƏHİFƏSİ: “Prezidentimizlə xalqın birliyi heç vaxt...”

!Reklam – Yazi

“Yüksək səviyyədə keçirilən bu seçki Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı və yaddaşlardan heç vaxt silinməyəcək”

Bu fikirləri Azərbaycanda dünən keçirilmiş növbədənkənar prezident seçkilərini müxtəlif aspektlərdən dəyərləndirən Milli Məclisin deputatı Vüqar İskəndərov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, xalq bu seçkidə bayram əhval-ruhiyyəsi ilə iştirak etdi:

“2020-ci ildən başlayan zəfərimiz 2023-cü ilin sentyabrın 20-də uğurla başa çatdı və Azərbaycan öz dövlət suverenliyini bütün ərazilərində bərpa etdi. Qlobal xaos fonunda öz sabitliyini qoruyan Azərbaycanda dünın zəfər seçkisi keçirildi və gözlənildiyi kimi, ölkə başçımız böyük üstünlüklə qələbə qazandı.

Burada əsas məqam xalqın öz liderinin yanında olması və ən gəncindən ən yaşlı vətəndaşına qədər Azərbaycanın gələcəyinə səs verməsi idi. Azərbaycanı sevməyən qüvvələr bu gün bir daha şahid oldu ki, prezidentimizlə xalqın arasında olan birlik heç bir qüvvə tərəfindən pozula bilməz.

Bir neçə il öncə heç kim düşünə bilməzdi ki, prezident seçkiləri ölkənin bütün ərazilərində keçiriləcək. Prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərində məhz Xankəndi şəhərində səs verməsi bütün dünyaya bir mesaj idi.

Qarabağ bu gün tamamilə Azərbaycandır. Bu addım bütün mənalarda qürur hadisəsidir. Fikrimcə, vətəndaşların seçkidəki fəallığı, seçkinin bayram əhval-ruhiyyəsində keçməsi Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı və yaddaşlardan heç vaxt silinməyəcək”.

İsmayıl Bakuvi

www.yenicag.az

353
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv