!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni tikinti STANDARTLARI: "16-cı mərtəbədə yağan yağış 1-ci mərtəbədə..." - Ekspertlərdən KƏSKİN İRAD

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, ötən günlərdə tikinti sahəsində təhlükəsizliyi təmin etmək üçün yeni dövlət standartları qəbul edilib. Həmin standartlar inşaatların daha təhlükəsiz və sağlam üslübdsa inşa edilməsinə imkan verəcək.

Bəs sözügedən proses həqiqətən də daha təhlükəsiz binaların tikilməsinə şərait yaradacaq? Qəbul edilən standartların əhaliyə nə faydası var?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev bildirib ki, mövcud problemlər daha böyükdür:

“Burada söhbət standartların tətbiqindən getmir. Məsələ odur ki, həmin prosesə nəzarət edən yoxdur. Qəbul olunan yeni dövlət standartlarına gəldikdə isə, bizim üçün onlar yeni deyil. Rusiya bunu artıq edib. Bizimkilər də sağ olsunlar, əziyyət çəkmək istəməyiblər. Necə var, elə də “copy paste” ediblər. Bir cümlə dəyişikliyi belə etməyiblər. İnteqrasiya etmək olar, amma bunu öz qanunlarımıza uyğun şəkildə etmək lazımdır”.

İnşaat üzrə ekspert Nüsrət İbrahimli isə qeyd edib ki, tikinti materialları üçün tələb olunan qaydalar bir çox şirkətlər tərəfindən əməl olunmur:

“Betonlar 6-8 atmosfer su təzyiqinə davamlı olmalıdır. Amma təəssüflər olsun ki, bizdə 16-cı mərtəbədə yağan yağış 1-ci mərtəbədə hiss edilir. Keyfiyyətə nəzarət edilmir. Yəni beton tökülərkən bərkitmə işləri aparılmalıdır. Amma aparılmır. Daha sonra beton hazırlanma məntəqəsindən tökülmə məntəqəsinə gələrkən ona normadan artıq su tökürlər. Bu da beton quruyan zaman məsamələrin əmələ gəlməsinə səbəb olur. Bu problemlər xüsüsən də zəlzələ vaxtı özünü göstərir”.

Şahanə Paşa

www.yenicag.az

200
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv