!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni vəkillər and içdilər

!Reklam – Yazi

Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri və həmçinin KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət himni və Vəkil Marşı səsləndirilib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov qurumun son 5 il ərzindəki fəaliyyəti, son dövrlər görülmüş işlər barədə danışıb.

O qeyd edib ki, 2005-2017-ci illər ərzində vəkilliyə qəbulla bağlı keçirilən 5 yazılı test imtahanının nəticəsində 575 namizəd uğur qazanaraq Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunublar. “2017-ci il üçün vəkillərin ümumi sayı 931 nəfər təşkil edirdi. 2018-2022-ci illər arasında keçirilən 10 yazılı test imtahanlarının nəticəsində 1303 nəfər ixtisas imtahanlarını müvəffəqiyyətlə başa vuraraq icbari təlimə cəlb olunublar. Bu gün artıq ölkəmizdə vəkillərin sayı 2240 nəfərdir”.

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv