!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni xidmət, yeni RƏQABƏT: Taksi şirkətlərində qiymət artımı gözlənilirmi? – Ekspert RƏYİ

!Reklam – Yazi

“Taksi xidmətləri ilə bağlı bazarda çox ciddi rəqabət var. Bazara daha bir taksi xidmətinin daxil edilməsi rəqabəti bir az da artıracaq”.

Bunu Umico ilə əməkdaşlıq çərçivəsində Azərbaycan bazarına daxil olan Uklon taksi sifarişi xidmətinin (onlayn avtomobil sifarişi) ölkədə fəaliyyət göstərən digər daşınma xidmətlərinə təsirini şərh edərkən nəqliyyat eksperti Ərşad Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Ekspert ölkədə taksi xidmətlərində qiymətin ucuz olduğunu qeyd edərək, daşınmalarda xərclərin daha da enəcəyini gözləmədiyini proqnozlaşdırıb:

“Taksi xidmətləri ilə bağlı bazarda çox ciddi rəqabət var. Yenisinin də əlavə edilməsi bu rəqabəti bir az da artıracaq. Hazırda onlayn avtomobil sifarişi qiyməti indi kifayət qədər ucuzdur. Onların gəliri, demək olar ki, heç maya dəyərini də qarşılamır. Buna görə də daşınma xərclərinin daha da azalacağını gözləmək olmaz.

Gələcəkdə ölkəmizdə bir neçə taksi şirkəti birləşə və ya öz paylarını götürüb kənara çəkilə bilər. Burada “pay” ifadəsi bir az mücərrədir. Çünki taksi xidmətlərinin birləşməsi dedikdə, hər hansı bir istehsal prosesi nəzərdə tutulmur. Burada çox şey virtualdır. Buna görə də hər bir taksi şirkəti öz payının mövcud hissəsini digərinə sata bilər”.

Taksi xidmətlərində xaosun hökm sürdüyünü deyən ekspert ölkəmizdə bu sahəyə yetərincə diqqət yetirilmədiyini qeyd edib:

“Əsas məsələ bazarda rəqabətin çox güclü və qiymətlərin ucuz olmasıdır. Bununla yanaşı, taksi şirkətlərinin xidmətləri də o qədər ürəkaçan deyil. Keyfiyyət problemi də, əslində, elə qiymətlə bağlıdır. Taksi xidmətlərində xaos tüğyan etməkdədir və hazırda bu xidmət nəqliyyat daşınmaları nöqteyi-nəzərindən hüquqi baxımdan normal tənzimlənməyən xidmət sahəsidir”.

Sadiq Cavadov

www.yenicag.az

294
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv