!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni Zelandiyada terror törədən şəxsin cəzası açıqlandı

!Reklam – Yazi

Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məscidə silahlı hücum edən terrorçu ömürlük həbs cəzası alacaq.

Yenicag.az-ın məlumatına görə, bunu Yeni Zelandiya Baş nazirinin müavini Uinston Piters İstanbulda İslam Əməkdaşlıq Təşkilatının hadisə ilə əlaqədar təcili iclasında çıxış edərkən deyib.

O bəyan edib: “Bu, hamımıza hücum deməkdir. Bununla əlaqədar olaraq ölkə tarixində ən böyük polis araşdırması aparılır. Terrorçu ömrünün qalan hissəsini biradamlıq kamerada keçirəcək”.

Xatırladaq ki, martın 15-də avstraliyalı Brenton Tarant Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə insanlara atəşə açıb. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

www.yenicag.az

13248
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv