!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yeniçağ”da 3 May Türkçülük Günü qeyd olunub

!Reklam – Yazi

3 May Türkçülük Günü münasibətilə redaksiyamızda görüş keçirilib.

Yeniçağ.Az-ın baş redaktoru Aqil Ələsgər, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov, bu qurumun İdarə Heyətinin üzvü Seymur Verdizadə və redaksiyanın əməkdaşları 3 May Türkçülük Günü ilə bağlı fikir mübadiləsi aparıblar.

Bu günün ildən-ilə daha geniş miqyasda qeyd olunmasını əlamətdar tendensiya kimi qiymətləndirən Aqil Ələsgər Türk dövlətləri arasında siyasi-iqtisadi və mədəni-mənəvi əlaqələrin gücləndirilməsi üçün bütün imkanların səfərbər olunmasının vacibliyini bildirib.

TUMİB sədri Çingiz Bayramov Türk dünyasında bütün istiqamətlər üzrə inteqrasiya prosesinin gücləndirilməsində media ilə vətəndaş cəmiyyətinin mühüm rol oynadığını vurğulayıb. Bayramov Türk dövlətlərinin media orqanları və ictimai birlikləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün çoxtrəfli layihələrin həyata keçirilməsinin faydalı olacağını qeyd edib.

3 May Türkçülük Gününün əhəmiyyətini önə çəkən Seymur Verdizadə Türk dünyasının ortaq dəyərlərinin qorunub-inkişaf etdirilməsi üçün təşəbbüskarlığın artırılmasına ehtiyac olduğunu soyləyib.

Görüşdə Türk dünyası üçün aktual olan bir sıra məsələlər ətraflı müzakirə edilib.

Yeniçağ.Az

www.yenicag.az

839
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv