!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yenidən işə salınan “İŞİD MİNASI”: “Kirmandakı partlayışlar İranda xaos yaratmaq...”

!Reklam – Yazi

“Həmin partlayışlar qlobal miqyasda toqquşmalara səbəb olmasa da, regional gərginliyi müəyyən qədər artıracaq”.

Bu fikirləri İranda baş verən son partlayışlara görə məsuliyyəti üzərinə götürdüyünü bəyan edən İraq-Şam İslam Dövləti (İŞİD) terror şəbəkəsinin ABŞ tərəfindən stimullaşdırıldığına dair iddiaları dəyərləndirən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, İranda baş verən partlayışlar ciddi narahatlıq doğursa da, qlobal miqyasda toqquşmalara səbəb olmayacaq:

“İranla münasibətləri normal olan ölkələri nəzərdən keçirsək, onların sayının çox az olduğunu görərik. Bunun səbəbi isə bilavasitə Tehran rejiminin yürütdüyü yalnış xarici siyasətdir.

Hazırda beynəlxalq siyasi müstəvidə İrana qarşı xeyli müxalif qüvvə formalaşıb. Nəticə etibarilə, yaranmış bu vəziyyətdə Tehranla bağlı ortaq maraqlara malik qüvvələrin baş verən hadisələri daha da alovlandırmaqda maraqlı olduqları müşahidə edilir.

Yaxın Şərqdə mövcud vəziyyətin məcradan çıxdığı açıq görünür. İsrailin Livanda əməliyyat keçirməsi, “Hizbullah”ın “İsraili yox etmək” çağırışları vəziyyətin nə qədər mürəkkəb olduğunu göstərir.

Fikrimcə, Kirmandakı partlayışlar İranda ictimai-siyasi xaos yaratmaq məqsədinə xidmət edir. İran isə hər zaman olduğu kimi, indi də baş verən hadisələrdə ABŞ və İsraili günahlandırır. Lakin bu hadisələrdə üçüncü qüvvənin əlinin ola biləcəyi istisna edilmir.

Həmin partlayışlar qlobal miqyasda toqquşmalara səbəb olmasa da, regional gərginliyi müəyyən qədər artıracaq. Əlavə olaraq, düşmənçilik məsələsində də radikallaşma güclənəcək. Bu isə üçüncü qüvvələrin maraqlarının əhəmiyyətli dərəcədə gerçəkləşdiyi anlamına gəlir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv